Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər edəcək.
Bu barədə APA-nın yerli bürosuna Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, səfər avqustun 11-də baş tutacaq. Səfər çərçivəsində ikitərəfli və regional münasibətlər, eləcə də dünyada son proseslərə dair məsələlər müzakirə olunacaq.
Qeyd edək ki, bu, C. Bayramovun Azərbaycan XİN başçısı kimi ilk rəsmi səfəridir.