• SİYASƏT

    13:23 26 may 2019

Azərbaycanla Gürcüstan arasında sərhədlərin delimitasiya və demarkasiyası üzrə komissiyanın növbəti iclasının tarixi açıqlanıb

Azərbaycanla Gürcüstan arasında sərhədlərin delimitasiya və demarkasiyası üzrə komissiyanın növbəti iclası iyunun ikinci yarısında keçiriləcək.

Bunu Gürcüstanın Baş naziri Mamuka Baxtadze ONA-nın Gürcüstan bürosuna müsahibəsində bildirib.

Baş nazir bu gün Gürcüstan vətəndaşlarının Keşikçidağdakı məbədə rahat şəkildə getdiklərini bildirib: "Gürcüstan mediasından xahiş edirəm ki, bu məsələyə diqqətlə yanaşsınlar. Bu, çox emosional bir məsələdir. Komissiya öz işini davam etdirir. Bu məsələ iki qardaş və dost ölkə arasında öz həllini tapacaq".

Səid

Teqlər:

SON XƏBƏRLƏR