Azərbaycanla Rusiyanın birgə neft maşınqayırması, kənd təsərrüfatı texnikasının və yük vaqonlarının istehsalı planlaşdırılır.
ONA xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Rusiyanın sənaye və ticarət naziri Denis Manturovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə bildirilib.
Görüşdə neft maşınqayırması, kənd təsərrüfatı texnikasının və yük vaqonlarının birgə istehsalı ilə yanaşı, helikopterlərin servis mərkəzinin yaradılması, dərman istehsalı və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə edilib.