• SİYASƏT

    16:12 16 mart 2019

Bakı Forumu çərçivəsində sonuncu panel keçirilib

VII Qlobal Bakı Forumu çərçivəsində sonuncu – “Müttəfiqlərin gələcəyi və onların arxasındakı motivasiya” mövzusunda panel keçirilib.

ONA-nın xəbərinə görə, Latviyanın sabiq prezidenti Valdis Zatlers bildirib ki, qarşılıqlı mənfəətlər üçün siyasi və hərbi ittifaqların yaradılması qədim dövrlərdən bəri baş verib.

ISESCO-nun baş direktoru Əbdüləziz ət-Tüveyri dünyada baş verən terror aktlarına diqqət çəkib. O deyib ki, terrorçuların dini yoxdur, onlar sadəcə cinayətkarlardır: “Terrorizmə qarşı mübarizədə ən effektiv yol – təhsildir. Elm və təhsil bizə bu məsələdə kömək edə bilər. Təəssüf ki, terrorun baş verməsində, insanlar arasında düşmənçiliyi yaymaq istəyən qüvvələr var”.

Gürcüstanın sabiq prezidenti Georgi Marqvelaşvili Gürcüstan-NATO münasibətlərinə toxunaraq vurğulayıb ki, onun ölkəsi NATO-ya inteqrasiyada maraqlıdır.

İtaliya Prezidentinin keçmiş diplomatik müşaviri Antonio Zanardi Landi qeyd edib ki, hazırda hərbi ittifaqlar tənəzzül dövründədir: “NATO sadəcə hərbi bir ittifaq deyil, həm də bir dəyərdir. Biz bunu dərk etməliyik. Qeyd etməliyəm ki, artıq Şanxay Əməkdaşlıq Təşkilatı da öz siyasətinə dəyişikliklər etməkdədir”.

Panel müzakirələrlə davam etdirilib.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR