Bakıda ABŞ universitetlərinin təhsil sərgisi keçirilib - [color=red]FOTO[/color]
  • SİYASƏT

  • 14:35 20 Aprel 2019

Bakıda ABŞ universitetlərinin təhsil sərgisi keçirilib - FOTO

Bakıda ABŞ universitetlərinin təhsil sərgisi baş tutub.

ONA-nın məlumatına görə, ABŞ səfirliyinin təşkil etdiyi sərgidə 26-dan çox ABŞ universiteti və müxtəlif təqaüd proqramları təmsil olunub. Sərgidə ABŞ universitetlərinin amerikalı və azərbaycanlı məzunları da iştirak edib.

Tədbirdə çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayının artmasından qurur hissi keçirdiyini qeyd edib.

"Mübadilə proqramları iki xalq və ölkə arasında əlaqələrin inkişafına töhfə verir. Hər bir tələbə öz ölkəsinin səfiri kimi çıxış edir" - deyə səfir bildirib.

OXŞAR XƏBƏRLƏR