• SİYASƏT

    13:25 10 iyun 2019

Bakıda Azərbaycan-Rusiya sərhədinin demarkasiyası üzrə danışıqlar aparılacaq

Azərbaycan və Rusiya arasında sərhədlərin demarkasiyasına dair növbəti danışıqlar gələn həftə Bakıda keçiriləcək.

APA-nın məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı səfiri M.Boçarnikov bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, sərhədlərin delimitasiyası başa çatıb, demarkasiya isə hələ davam edir. Onun sözlərinə görə, demarkasiya xalqları ayırmağa yox, birləşdirməyə yönəlib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR