• SİYASƏT

    16:18 1 may 2019

Bakıda Dünya Mətbuat Azadlığı günü qeyd olunub

Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Dünya Mətbuat Azadlığı günü ilə bağlı tədbir keçirilib.

ONA-nın məlumatına görə, bu ölkənin Azərbaycandakı səfiri Kerol Krofts bildirib ki, bu il Britaniyada media azadlığı günü xüsusilə əlamətdardır. Belə ki, ölkənin xarici siyasət idarəsinin rəhbəri Ceremi Hant media azadlığını özünün prioritet sahəsi elan edib: "Dünya liderləri media azadlığına və jurnalistlərin qorunmasına xüsusi diqqət ayırmalıdır. İstənilən cəmiyyətin özəyində media azadlığı durur. Media azadlığına xüsusi önəm vermək üçün iyunda Londonda media azadlığı konfransı təşkil ediləcək. Jurnalist peşəsi daha da təhlükəli olmaqda davam edir. Ötən 10 illər ərzində minlərlə jurnalist həyatını itirib. 2018-ci ildə bu rəqəm bütün ötən illərdən daha çox olub. Biz bu gün həm də dünyada saxta xəbərçiliyin şahidi oluruq. Saxta xəbərin qarşısını almağın yolu doğrunu söyləməkdir. İctimaiyyətin maarifləndirilməsində jurnalistin gördüyü iş əvəzsizdir".

Daha sonra çıxış edən media eksperti Ələsgər Məmmədli 3 may -Dünya Mətbuat Azadlığı gününün bütün dünyada qeyd olunduğunu bildirib. O, bu il Avropa Şurasının 70 illiyinin qeyd olunduğunu da diqqətə çatdırıb. Media Azadlığı İndeksində Azərbaycanın 163-cü yerdən 166-cı yerə düşməsinin təəssüf doğurduğunu qeyd edən Ə. Məmmədli bununla belə, bu il Azərbaycanda bir sıra müsbət tendensiya müşahidə olunduğunu, əfv sərəncamı ilə bir sıra jurnalistin azadlığa çıxdığını bildirib. O, növbəti il üçün həbsdə olan jurnalistlərin hamısının azad olunacağına ümid etdiyini deyib.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR