• SİYASƏT

    13:10 24 aprel 2019

Bakıda "Njde Qareqinin bioqrafiyasına dair miflər" adlı tədbir keçirilib

Bakıda "Njde Qareqinin bioqrafiyasına dair miflər" adlı tədbir keçirilib.

ONA-nın məlumatına görə, tədbirdə rusiyalı ekspert Oleq Kuznetsov Ermənistanın Daşnaksütun partiyasının üzvü Njde Qareqinin həyatına və cinayət fəaliyyətinə dair gizli sənədləri təqdim edib.

Daşnaksütun partiyasının 1912-ci ildə erməni keşişini öldürməsini xatırladan O. Kuznetsov qeyd edib ki, partiya öz məqsədlərinə çatmaq üçün hətta öz soydaşlarını da öldürməkdən çəkinməyib. O vurğulayıb ki, Ermənistan Njde Qareqinin bioqrafiyasını saxtalaşdırır və onu qəhramana çevirməyə çalışır: “Njde Qareqinin inqilabçı fəaliyyəti sadəcə öz doğulduğu Kuznut kəndində aşağı çinli məmura göstərdiyi müqavimətlə məhdudlaşır. Njde Qareqinin heç bir inqilabi fəaliyyəti olmayıb. Ermənilər onun bioqrafiyasını saxtalaşdıraraq, qəhrəman etməyə çalışırlar. Bunun səbəbi isə odur ki, Qareqin 1921-ci ildə Cənubi Qafqazda ikinci qondarma “Dağlıq Ermənistan Respublikası” elan edib. Bununla da o, gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin bünövrəsini qoyub".

O həmçinin bildirib ki, yaxın zamanda erməni milliyətçilərinin fəaliyyətinə dair sənədlərin yer alacağı sayt yaradılacaq.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR