Pakistanın Milli günü münasibətilə bu ölkənin Azərbaycandakı səfirliyində bayraqqaldırma mərasimi keçirilib. ONA-nın xəbərinə görə, mərasimdə çıxış edən Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand ölkəsinin dövlətçilik tarixindən danışıb.
Pakistan-Azərbaycan əlaqələrinə toxunan səfir bildirib ki, istər müdafiə, istərsə də digər sahələrdə hər iki ölkənin əlaqələri günbəgün inkişaf edir.
Səfir ölkəsinin hər zaman Azərbaycanın yanında olacağını da bəyan edib.
Daha sonra dövlət himninin sədaları altında Pakistanın dövlət bayrağı qaldırılıb.
Mərasimdə Azərbaycanda yaşayan Pakistan vətəndaşları və digər şəxslər iştirak ediblər.