Bu gün Bakıda Qoşulmama Hərəkatı ölkələrinin xarici işlər nazirlərinin görüşü keçirilir.
ONA-nın xəbərinə görə, görüş zamanı Bakı sammitinə hazırlıq məsələləri müzakirə olunacaq. Hazırlıq görüşünə sədrliyi Elmar Məmmədyarov edir. Görüşün gündəliyi qəbul edilib.
Xatırladaq ki, Bakıda 25-26 oktyabrda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 18-ci Zirvə Görüşü keçiriləcək.