• SİYASƏT

    11:33 25 oktyabr 2019

Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Sammiti keçirilir - YENİLƏNİB

Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşü başlayıb.

APA-nın xəbərinə görə, Sammitin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edir.

“Bandunq Prinsiplərini rəhbər tutmaqla müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verilməsini təmin etmək” mövzusunda keçirilən XVIII Zirvə Görüşündə 60 ölkənin dövlət və hökumət başçısı, beynəlxalq təşkilatların nümayəndələri, xüsusi qonaq qismində dəvət olunan ölkə və təşkilatların təmsilçiləri iştirak edirlər.

***

10.09

Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşü keçirilir.

APA-nın xəbərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev XVIII Bakı Zirvə Görüşündə iştirak edən qonaqları qarşılayır.

XVIII Bakı Zirvə Görüşündə 60 ölkənin dövlət və hökumət başçısı, beynəlxalq təşkilatların nümayəndələri, xüsusi qonaq qismində dəvət olunan ölkə və təşkilatların təmsilçiləri iştirak edirlər.

Qoşulmama Hərəkatının Bakıda keçirilən 18-ci Sammitinin böyük rəmzi mənası var. Belə ki, Avropa qitəsi 1989-cu il Belqrad Sammitindən 30 il sonra Qoşulmama Hərəkatında iştirak edən ölkələrin dövlət və hökumət başçılarının görüşünə yenidən ev sahibliyi edir. Bununla da Azərbaycan Qoşulmama Hərəkatının ruhuna və prinsiplərinə sadiq olduğunu bir daha bütün dünyaya nümayiş etdirir.

Azərbaycan Respublikası 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik etməklə onun məqsəd və məramlarının təşviq olunmasına, beynəlxalq sülhün, təhlükəsizliyin və əməkdaşlığın güclənməsinə əsaslı töhfə verir.

Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşündə 4 yekun sənədin qəbulu gözlənilir. Qəbul edilməsi gözlənilən sənədlərə Dağlıq Qarabağ və Azərbaycanın xarici siyasətinin prioritetləri ilə bağlı maddələr daxil edilib.

Azərbaycan Qoşulmama Hərəkatına 2011-ci ildə tamhüquqlu üzv olub. Onu da deyək ki, Qoşulmama Hərəkatında 120 dövlət iştirak edir. 17 dövlət və 10 beynəlxalq təşkilat isə Qoşulmama Hərəkatı yanında müşahidəçi statusuna malikdir.

Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşü sabah başa çatacaq.

ONA

Teqlər:

SON XƏBƏRLƏR