Martın 14-də Azərbaycanın paytaxtında "Dünyanın yeni xarici siyasəti" mövzusunda VII Qlobal Bakı Forumu başlayıb.
ONA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edib.
Forumda, həmçinin Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani, Albaniya Prezidenti İlir Meta, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviç, Moldova Prezidenti İqor Dodon, Monteneqro Prezidenti Milo Dukanoviç, Bolqarıstanın baş naziri Boyko Borisov, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, tanınmış ictimai-siyasi xadimlər, alimlər iştirak edirlər.
Forumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin açıb.
Azərbaycan Prezidenti İlham Əliyev Forumda nitq söyləyib.
Sonra Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani, Albaniya Prezidenti İlir Meta, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviç, Moldova Prezidenti İqor Dodon, Monteneqro Prezidenti Milo Dukanoviç, Bolqarıstanın Baş naziri Boyko Borisov çıxış ediblər.
İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari Prezident Sercio Mattarellanın, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri xanım Karol Krofts Baş nazir xanım Tereza Meyin, BMT İnkişaf Proqramının rəhbərinin müavini, Avropa və MDB üzrə Regional Bürosunun direktoru xanım Miryana Eqqer baş katib Antonio Quterreşin müraciətlərini oxuyublar.
Daha sonra Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra-Vike Freyberqa çıxış edib.
Tədbirdə Nizami Gəncəvi Beynəlxalq Mükafatının 2019-cu ilin təqdimat mərasimi keçirilib.
Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaniyə və Robert F. Kennedi İnsan Hüquqları Fondunun prezidenti Kerri Kennediyə Mərkəzin Qəyyumlar Şurasının qərarı ilə Nizami Gəncəvi Beynəlxalq mükafatları təqdim olunub.
Üç gün davam edəcək bu mötəbər tədbirə 50 ölkədən 500-dən artıq nümayəndə qatılıb. Forum çərçivəsində keçiriləcək 10 sessiyada qlobal və regional əhəmiyyət daşıyan məsələlər müzakirə ediləcək.
***
11.00
Martın 14-də Azərbaycanın paytaxtında “Dünyanın yeni xarici siyasəti” mövzusunda VII Qlobal Bakı Forumu işə başlayıb.
ONA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edir.
Əvvəlcə birgə foto çəkdirilib.
Forumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin açıb.
Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə nitq söyləyib.
Üç gün davam edəcək bu mötəbər tədbirə 50 ölkədən 500-dən artıq nümayəndə qatılıb. Forum çərçivəsində keçiriləcək 10 sessiyada qlobal və regional əhəmiyyət daşıyan məsələlər müzakirə ediləcək.
***
08.56
Bu gün Bakıda "Dünyanın yeni xarici siyasəti" mövzusunda VII Qlobal Forum keçirilir.
ONA-nın məlumatına görə, martın 16-na kimi davam edəcək forumda 500-dən çox qonaq iştirak edəcək.
Forumun bu gün keçiriləcək açılış mərasimində Prezident İlham Əliyev, Əfqanıstan Prezidenti Əşrəf Qani, Albaniya Prezidenti İlir Meta, Moldova Prezidenti İqor Dodon, Montoneqro Prezidenti Mila Dukanoviç və Bolqarıstanın baş naziri Boyko Borisovun çıxışı gözlənilir. Həmçinin İtaliya Prezidenti Sergio Mattarella, Böyük Britaniyanın baş naziri Tereza Mey və BMT baş katibi Antonio Quttereşin forum iştirkçılarına müraciətinin səsələndirilməsi nəzərdə tutulub.
3 gün ərzində forumda “Qlobal siyasətin dəyişməsində böyük güclərin rolu”, “Davamlı inkişaf çağırışları”, “Təhlükəsizlik naminə orta şərq əməkdaşlığı”, “Müasir qərarların qəbul edilməsində elm və mədəniyyətin rolu” və digər mövzularda panel iclasları olacaq.