İyulun 27-də Bakıda Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin görüşü keçiriləcək.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bu, üç ölkənin parlament sədrlərinin üçlü formatda keçirilən ilk görüşü olacaq.
Görüşdə Bakı Bəyannaməsi imzalanacaq.