“Türk Şurası 44 gün davam edən Vətən müharibəsində Azərbaycanı dəstəklədi”.
APA-nın məlumatına görə, bunu bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında Türk Şurasının Baş katibi Bağdad Amreyev deyib.
Zəfər münasibəti ilə Azərbaycanı təbrik edən B. Amreyev bildirib ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinə görə çox şaddırlar: “Biz türk dövlətləri olaraq Azərbaycanla həmrəyliyimizi ifadə edirik. Türk Şurası 12 noyabrda İstanbulda mühüm toplantı keçirib, mühüm qərarlar qəbul edəcək. Türk dövlətlərinin bir sıra dövlətlərinin müstəqilliyinin 30 illiyi münasibəti ilə İstanbulda böyük konfrans keçiriləcək”.
B. Amreyev əlavə edib ki, eyni zamanda, türkdilli dövlətlər işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasında Azərbaycanın yanında olacaq və əlindən gələn dəstəyi göstərəcək.