• SİYASƏT

    12:49 27 oktyabr 2022

Baş nazirin müavini: Ermənistan ərazisində dəhlizlə bağlı əməli tədbirlər həyata keçirilmir

Azərbaycan Şərq-Qərb dəhlizinin mühüm tərkib hissəsinə çevriləcək Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir.

APA Economics” xəbər verir ki, bu barədə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev bildirib.

Onun sözlərinə görə, Azərbaycan bu nəqliyyat dəhlizi boyu öz ərazisində böyük həcmdə işlər görür: “Yol və dəmir yolu infrastrukturu tikilir və bərpa olunur. Uzunluğu 123,9 km olan Horadiz-Ağbənd avtomobil yolunda işlərin 66 faizi, Horadiz-Ağbənd dəmir yolunda (110,4 km) işlərin 38 faizi yerinə yetirilib ki, həmin yollar bu dəhlizin tərkib hissəsidir.

Təəssüflər olsun ki, Ermənistan ərazisində heç nə baş vermir, əməli tədbirlər həyata keçirilmir, hətta heç bir texniki-iqtisadi əsaslandırılma və ya layihə də hazırlanmır”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR