• SİYASƏT

    12:21 24 aprel 2019

Baş nazirin müavini: "Yüz ildir ki, bəşəriyyət "erməni soyqırımı" yalanı ilə üzləşib"

"Yüz ildir ki, bəşəriyyət böyük bir yalanla üzləşib. Bunu yalnız xüsusi yalanlar uydurmaq təcrübəsi olanlar edə bilərdilər".

ONA-nın məlumatına görə, bunu bu gün Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə qondarma "erməni soyqırımı" ilə bağlı keçirilən tədbirdə baş nazirin müavini Əli Əhmədov bildirib.

O deyib ki, ermənilərin və onların havadarlarının uydurduğu "erməni soyqırımı"nın sübutunu tapmaq mümkün deyil: "Bu yalan məkrlidir, çünki 100 ildən artıqdır ki, iyrənc məqsədlərə xidmət edir. Bu, ermənilərin Türkiyə və Azərbaycana qarşı ərazi iddiaları üçün istifadə edilir. Eyni zamanda müəyyən dairələrin Türkiyəyə və Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edilir. Bu yalana qarşı qoyulmalı olan həqiqətlər isə 100 ildən artıqdır unudulub və bunun haqqında danışmaq istəmirlər".

Baş nazirin müavini qeyd edib ki, həm Türkiyədə, həm də Azərbaycanda keçən əsrin əvvəllərində soyqırımlar törədilib: "Azərbaycanda 1915-ci ildə ermənilər tərəfindən Bakıda, Qubada, Şamaxıda qətliamlar törədilib. Çox təəssüf ki, bu, dünyada öz layiqli qiymətini tapa bilmir. Nəhayət, Azərbaycan ərazilərinə qarşı iddia, torpaqlarımızın işğalı, 1 milyondan artıq azərbaycanlının qaçqın və köçkün hala düşməsi bəşəriyyətin danışmaq istəmədiyi həqiqətlərdir. Bir tərəfdə "erməni soyqırımı"nın təbliği, digər tərəfdən Azərbaycan ərazilərinin işğalı, etnik təmizləmə, Türkiyəyə qarış ərazi iddiaları, fantastik “Böyük Ermənistan” iddiasının ortaya atılması və müəyyən dairələr tərəfindən dəstəklənməsi ikili standartlara arxalanan siyasətlərin bariz ifadəsidir. Türkiyə və Azərbaycanın qarşısında duran vəzifə ermənilər və havadarlarının yalanlarını ifşa etmək, sistemli şəkildə bu addımları atmaq, bunun üçün iki ölkənin resurslarını birləşdirməkdir. Digər tərəfdən, Azərbaycan ərazilərinin işğalı, etnik təmizləməyə məruz qalması barədə həqiqətlərə bəşəriyyəti inandırmaqdır".

Ə.Əhmədov nəzərə çatdırıb ki, Dağlıq Qarabağda Azərbaycan əhalisinin 1 faizi - 100 min insan yaşayır, ancaq Azərbaycan əhalisinin 10 faizi - 1 milyon əziyyət çəkir, qaçqın və məcburi köçkün vəziyyətinə düşüb: "Bütün bunlar Azərbaycan və Türkiyənin səylərini birləşdirməyi zəruri edir. İşğalçı dövlətlər "erməni soyqırımı"nı tanımaqda, ermənilərə dəstək göstərməkdə böyük canfəşanlıq edirlər. Dünyanın həqiqətlərdən agah olması üçün ciddi işlərin aparılmasına ehtiyac var".

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR