• SİYASƏT

    16:11 21 may 2019

Belçika Kralı və Kuba Dövlət Şurasının sədri Azərbaycan Prezidentini təbrik ediblər - YENİLƏNİB

Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının Sədri Migel Dias-Kanel Bermudes Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

ONA xəbər verir ki, təbrikdə deyilir: "Cənab Prezident.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edəsiniz".

***

16.05

Belçika Kralı Filip Azərbaycan Prezidenti İlham Əliyevi Respublika Günü münasibəti ilə təbrik edib.

ONA-nın xəbərinə görə, təbrik məktubunda deyilir:

“Milli bayramınız – Respublika Günü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına təbriklərimi, rifah və firavanlıq arzularımı çatdırıram”.

Kəmalə

Teqlər:

SON XƏBƏRLƏR