• SİYASƏT

    13:32 22 dekabr 2019

Bələdiyyə seçkilərində 41 min 462 namizəd mübarizə aparacaq

Hazırda 1606 bələdiyyə üzrə çap olunmuş bülletenlərə 41462 nəfərin adı daxil edilib.

ONA-nın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, seçkilərdə 13 siyasi partiyanın nümayəndələri də namizəd kimi qeydə alınıb: “Bu, böyük göstəricidir”.

Qeyd edək ki, seçkilər zamanı respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək.

ONA

Teqlər:

SON XƏBƏRLƏR