Bu il dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək üçün indiyədək 28410 nəfər namizədliyinin irəli sürülməsi ilə bağlı dairə seçki komissiyalarına müraciət edib.
ONA-nın xəbərinə görə, bu barədə MSK-nın bu gün keçirilən iclasında qurumun sədri Məzahir Pənahov məlumat verib.
Onun sözlərinə görə, 14846 nəfər fərdi qaydada, 13524-u siyasi partiyalar tərəfindən, 40 nəfəri isə təşəbbüs qruplarından bələdiyyə seçkilərində iştirak etmək üçün namizdliyi irəli sürülüb.
MSK sədri bildirib ki, 17509 nəfər imza vərəqəsi götürüb: “Onlardan 2419 nəfəri imza vərəqəsini geri qaytarıb”.
M. Pənahov, dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində iştirak edəcək 60 nəfərin namizədliyinin qeydə alındığını açıqlayıb.