Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərini izləmək üçün qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı 52 min 636 nəfərdir.
ONA-nın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, 17 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib: “Gürcüstan və Ukrayna MSK-nın sədrləri də seçkiləri izləyəcək. Hesab edirəm ki, təmsilçilik çox yüksək səviyyədədir”.