Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinə yeni rəhbər təyin olunub
  • SİYASƏT

  • 14:48 12 Mart 2019

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinə yeni rəhbər təyin olunub

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinə yeni rəhbər təyin olunub.

BMT-nin Azərbaycan nümayəndəliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, Şimali Makedoniyadan olan Vladimir Qyorqyiev (Gjorgjiev) Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbəri kimi fəaliyyətə başlayıb.

Son təyinatından öncə V.Qyorqyiev Amman, Nayrobi və Skopye şəhərlərində satınalma və mülklərin idarə olunması üzrə BMqT mütəxəssisi kimi fəaliyyət göstərib. BMqT-yə 1999-cu ildə qoşulan Qyorqyiev 2005-ci ilədək Şimalı Makedoniya və Şərqi Timorda əməliyyatlar, satınalma və proqram sahələrində müxtəlif vəzifələrdə çalışıb.

2005-2007-ci illərdə İndoneziyada logistika məmuru, 2007-ci ildən 2017-ci ilədək Manila İnzibati  Mərkəzində (Filippin) BMqT-nin qlobal tədarük və təchizat bölməsinin rəhbəri olub.

Məlahət Nəcəfova

Teqlər: BMT miqrasiya Qyorqyiev

OXŞAR XƏBƏRLƏR