Biləsuvar Rayon İcra Hakimiyyətinə başçı təyin olunub.
ONA-nın xəbərinə görə, Prezident İlham Əliyevin sərəncamı ilə Faiq Akif oğlu Qürbətov Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Prezident İlham Əliyev Saatlı Rayon İcra Hakimiyyətinə başçı təyin edilməsi haqqında da sərəncam imzalayıb. Sərəncama əsasən, Elmir Məmməd oğlu Bağırov Saatlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.