• SİYASƏT

    12:25 4 iyun 2019

“Bir kərə yüksələn bayraq bir daha enmədiyi kimi, bir dəfə iflas olunanlar da heç vaxt bəraət qazanmırlar”

“26 il bundan əvvəl, 1993-cü ilin iyun ayının 4-də AXC-Müsavat hakimiyyətinə qarşı xalq qiyamı baş verdi. Cəmi 13 ay hakimiyyətdə duruş gətirənlər xalqın təpkisi ilə istefa verməyə məcbur oldu. Təzəcə bərpa olunmuş dövlət müstəqilliyinin üzərindəki başlıca təhlükə - qeyri-demokratik və yarıtmaz hakimiyyət aradan qalxdı”.

APA-nın məlumatına görə, bunu baş nazirin müavini, YAP-ın icra katibi Əli Əhmədov özünün “facebook” səhifəsində yazıb.

Ə. Əhmədov xatırladıb ki, Ümummilli lider Heydər Əliyevin qayıdışı nəticəsində AXC-Müsavat cütlüyü hakimiyyətinin yaratdığı xaos, anarxiya, dərəbəylik, ölkəni parçalayan separatizm ləğv edildi, iqtisadi tənəzzül və total böhran cilovlandı, ölkədə insanların həsrətlə gözlədiyi sabitlik və əminamanlıq təmin edilib: “Müstəqillik və dövlətçilik tariximizin yeni mərhələsi başladı. Heydər Əliyevin və İlham Əliyevin titanik səyləri nəticəsində Azərbaycan 1993-cü ildə dağılmaqda olan dövlətdən bugünkü güclü, qüdrətli, çiçəklənən dövlətə çevrildi”.

Baş nazirin müavini qeyd edib ki, vaxtilə Azərbaycanı ağır böhran, vətəndaş müharibəsi həddinə çatdıran keçmiş hakimiyyət təmsilçiləri 1993-cü ilin dəhşətlərinin xalqın yaddaşından silindiyinə ümid edərək yenidən baş qaldırıb şər-böhtan kampaniyası aparırlar: “Bir kərə yüksələn bayraq bir daha enmədiyi kimi, bir dəfə iflas olunanlar da heç vaxt bəraət qazanmırlar”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR