• SİYASƏT

    17:04 13 iyul 2020

Birinci Vitse-prezident Mehriban Əliyeva: "Düşmənə layiqli cavab verildi və bu, hər zaman belə olacaq"

"Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq! Bizim torpağımız, Vətən uğrunda mübarizəmiz müqəddəsdir! Bizim işimiz haqq işidir və Allah bizimlədir!".

ONA-nın xəbərinə görə, bunu Azərbaycanın I Vitse-prezidenti Mehriban Əliyeva özünün "İnstagram" səhifəsindəki paylaşımında bildirib.

I Vitse-prezident qeyd edib ki, düşmənə layiqli cavab verildi və bu, hər zaman belə olacaq: "Biz daha da güclü olmalıyıq və olacağıq, daha sıx birləşəcəyik! Şəhid analarına və atalarına öz dərin kədərimi və hörmətimi bildirirəm. Bu çətin günlərdə Azərbaycan xalqı sizinlədir. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Yaralı əsgərlərimizə tezliklə şəfa versin! Allah Azərbaycanı və xalqımızı qorusun!"

ONA

Teqlər:

SON XƏBƏRLƏR