• SİYASƏT

    15:40 29 iyul 2019

Birinci vitse-prezident Mehriban Əliyeva Fransanın iqtisadiyyat və maliyyə naziri ilə görüşüb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva iyulun 29-da Fransa Respublikasının İqtisadiyyat və Maliyyə naziri Brüno Lö Merlə görüşüb.

ONA xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva bu ilin martında Parisə səfəri zamanı Fransanın İqtisadiyyat və Maliyyə naziri Brüno Lö Merlə görüşü və aparılan müzakirələri xatırladıb, qonağın Azərbaycana səfərinin uğurla keçəcəyinə əminliyini ifadə edib. Mehriban Əliyeva Azərbaycanla Fransa arasında münasibətlərin dostluq və qarşılıqlı maraqlara əsaslandığını qeyd edib, siyasi əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. İqtisadi əlaqələrin münasibətlərimizin inkişafında xüsusi yer tutduğunu vurğulayan Birinci vitse-prezident son zamanlar bu sahədə müşahidə edilən müsbət dinamikanın ölkələrimiz arasındakı əlaqələrin daha da genişlənməsinə töhfə olacağını deyib. Birinci vitse-prezident mövcud potensialdan tam istifadə etməyin vacibliyini diqqətə çatdırıb.

Mehriban Əliyeva Azərbaycanda son illərdə iqtisadi sahədə böyük islahatların aparıldığını qeyd etdi, əsas məqsədin iqtisadiyyatın şaxələndirilməsi olduğunu bildirib, özəl sektorun rolunun artırılmasının zəruriliyinə toxunub, bu sahədə Fransanın təcrübəsinin maraq doğurduğunu deyib.

Azərbaycana ilk dəfə səfər etdiyini bildirən Fransanın İqtisadiyyat və Maliyyə naziri ölkəmizin regionda xüsusi mövqeyə malik olduğunu vurğulayıb. Brüno Lö Mer də ölkələrimizin iqtisadi əməkdaşlığının böyük potensialını qeyd edib, Azərbaycan və Fransa şirkətləri arasında əlaqələrin daha da genişləndirilməsinin və inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Görüşdə ölkələrimiz arasında qeyri-neft sektorunda həyata keçirilən layihələr, Fransa şirkətlərinin Azərbaycanın özəl qurumları ilə işgüzar əlaqələri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR