BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) İcraçı direktoru Maimuna Mohd Şərifin Ağdam şəhərinə səfəri edib.
APA-nın yerli bürosunun xəbərinə görə, UN-HABITAT İcraçı direktoru Maimuna Mohd Şərif Ağdam Şəhidlər xiyabanını ziyarət edib.
Daha sonra Ağdam “Cümə” məscidində, Qarabağ xanlarının türbələri və yaşayış evi - İmarət kompleksində olub.
Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov UN-HABITAT İcraçı direktoruna Ağdamda Azərbaycan hökumətinin şəhərsalma üzrə aparıldığı yenidənqurma işləri ilə bağlı məlumat verib.
Qeyd edək ki, Maimuna Mohd Şərif ölkədə inklüziv, təhlükəsiz, davamlı və dayanıqlı şəhər inkişafını təşviq etmək, habelə təmsil etdiyi BMT agentliyi ilə əlaqələri möhkəmləndirmək üçün Azərbaycana səfər edib.
Onun səfəri ənənəvi idman növlərinin dirçəldilməsinə həsr olunmuş 5-ci Etnosport Forumuna təsadüf edir.