• SİYASƏT

    23:34 27 sentyabr 2020

BMT-nin Baş katibi Dağlıq Qarabağ bölgəsində atəşkəsin bərpasına çağırıb

BMT-nin Baş katibinin Antoniu Quterreş rəsmi Bakı və İrəvanı döyüşlləri dərhal dayandırmağa, gərginliyi azaltmağa və danışıqıarı bərpa etməyə çağırıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

“Baş katib Dağlıq Qarabağ bölgəsindəki təmas xətti boyunca yenidən hərbi əməliyyatların başlamasından son dərəcə narahatdır. O, güc tətbiq edilməsini pisləyir, insan itkisi və mülki vətəndaşlar arasında ölüm hallarına təəssüflənir”, - deyə məlumatda deyilir.

“Baş katib tərəfləri dərhal hərbi əməliyyatları dayandırmağa, gərginliyi azaltmağa və dərhal konstruktiv danışıqlara qayıtmağa çağırır" dedi Dujarrick.

BMT Baş katibi Antoniu Quterreş, həmçinin Dağlıq Qarabağ bölgəsindəki son eskalasiya ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla əlaqə saxlayır.

“Baş katib Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri ilə danışıqlar aparır”, - Düjarrik belə deyib.

Onun sözlərinə görə, Baş katib ATƏT-in Minsk Qrupu həmsədrlərinin vacib rolunu hərtərəfli dəstəklədiyini bəyan edib və tərəfləri ilkin şərtlər olmadan mümkün qədər tez bir zamanda dialoqa başlamaq üçün onlarla sıx əməkdaşlıq etməyə çağırır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR