• SİYASƏT

    11:14 14 mart 2019

Bosniya və Herseqovinanın Prezidentlik Şurasının üzvü: “Qarşımızda böyük qeyri-müəyyənliklər var”

“Qarşımızda böyük problemlər, qeyri-müəyyənliklər var”.

ONA-nın məlumatına görə, bunu bu gün Bakıda keçirilən “Dünyanın yeni xarici siyasəti” mövzusunda VII Qlobal Bbakı Forumunda Bosniya və Herseqovinanın Prezidentlik Şurasının üzvü Sefik Dzaferoviç deyib.

O bildirib ki, beynəlxalq müqavilələrə əsasən, silahlar məhdudlaşdırılsa da, indi fərqli problemlər ortaya çıxıb: “Bu aspektdə terrorizmi qeyd etmək olar. Biz qlobal problemlərin qarşısının alınması üçün səy göstərməliyik. Ölkələr təkbaşına bu problemlərin öhdəsindən ələ bilməz. Hər bir ölkə üçün əsas təhlükəsizlikdir və biz bunu qlobal platformada təmin edə bilərik. Yəni potensialımızı birləşdirərək problemlərin öhdəsindən gəlməyimiz mümkündür”.

Sefik Dzaferoviç qeyd edib ki, müasir təsirlərə və təhlükələrə qarşı müasir həllər tələb olunur: “Münaqişələr dünyanın məhvi ilə yekunlaşa bilər. Beynəlxalq hüquq bunun qarşısının alınması istiqamətdə səylərini gücləndirməlidir. Mənim ölkəm bunda maraqlıdır. Bosniya Herseqovina beynəlxalq hüququn qorunmasında öz fəaliyyətini davam etdirir. Biz bununla yeni dünya qurulmasına nail ola bilərik”.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR