Böyük Britaniya Azərbaycana yeni səfir təyin edib.
ONA xəbər verir ki, bu barədə Böyük Britaniya hökümətinin rəsmi saytı məlumat yayıb.
Yeni təyin olunan səfir Ceyms Şarp bu vəzifədə indiki səfir Kerol Kroftsu əvəz edəcək. Məlumata görə, səfir bu ilin iyulunda vəzifəsinin icrasına başlayacaq.