• SİYASƏT

    14:12 31 oktyabr 2021

Braziliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun Senatdakı sədri: “Ermənistanın raket zərbələri nəticəsində Gəncədə dəhşətli dağıntılar törədilib”

“Bu, mənim Azərbaycana ikinci səfərimdir. Bu gün Gəncədə Ermənistanın raket atəşinə tutduğu ərazidə vəziyyəti gördüm. Mən belə dəhşətli faciəni təsəvvür edə bilmirdim”.
Bunu APA-ya açıqlamasında Gəncədə Ermənistanın raket atəşinə tutduğu ərazidə olan Braziliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun Senatdakı sədri Antonio Anastasia bildirib.
Braziliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun Senatdakı sədri deyib ki, Ermənistanın raket zərbələri nəticəsində Gəncədə dəhşətli dağıntılar törədilib: “Biz Azərbaycan xalqı ilə həmrəyik. Biz sülh tərəfdarıyıq, istəməzdik ki, müharibədə mülki əhali zərər çəksin”.
Antonio Anastasia qeyd edib ki, müharibədən 1 il ötüb: “Yaxşı ki, işğal altındakı ərazilər Azərbaycana qayıtdı. Braziliyalıların bu bölgə barədə geniş məlumatı yoxdur. Bizim üçün önəmli olan sülhdür. Heç bir müharibə isə mülki əhalinin ölümünə səbəb olmamalıdır. Gəncəyə gəlməzdən əvvəl mən belə dəhşətli faciəni, dağıntını təsəvvür etmirdim. Biz Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirir, xalqları sülhə çağırırıq”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR