Braziliyanın əsas magistral yollarından birində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini dayandırmasını tələb edən panel quraşdırılıb.
APA-nın xəbərinə görə, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva "Twitter"də bildirib.
Paneldə "Ermənistan, Azərbaycana qarşı aqressiyanı dayandır!" yazılıb.