Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet Prezident İlham Əliyevi Respublika Günü münasibəti ilə təbrik edib.
ONA-nın xəbərinə görə, təbrik məktubunda deyilir:
“Milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizə təbriklərimi çatdırmaqdan böyük məmnunluq hissi duyuram. Qarşıdakı illərdə Azərbaycan xalqına firavanlıq və xoşbəxtlik arzulayıram”.