• SİYASƏT

    14:41 27 oktyabr 2022

Britaniya parlamentində Azərbaycanın mövqeyi dəstəklənib

Böyük Britaniya parlamentinin Lordlar palatasında Azərbaycan-Ermənistan məsələsinə dair debat keçirilib.

APA-nın Britaniya bürosu xəbər verir ki, Britaniya parlamentinin Lordlar palatasının üzvü, parlamentin Ermənistan qrupunun həmsədri Baronessa Koks Azərbaycan əleyhinə yönəlmiş növbəti bir təşəbbüs göstərsə də, onun bu təşəbbüsü baş tutmayıb.

Sualı hökumət adından xarici işlər nazirinin müavini Lord Ahmad cavablandırıb. O, iki ölkə arasında sülhün əhəmiyyətinə toxunub, siyasi həllin lazım olduğunu deyib.

Lord Ahmad Britaniya hökumətinin Avropa İttifaqının (Aİ) gördüyü işləri tam dəstəklədiyini qeyd edib. Debat zamanı Baronessa Koks istisna olmaqla Lordlar palatasının digər üzvləri tərəfindən həm neytral xarakterli, həm də Azərbaycanı dəstəkləyən fikirlər səslənib.

Lord Hüseyn Ermənistan və Azərbaycan arasında son toqquşmaların bu iki ölkə arasında Aİ-nin rəhbərliyi altında sülh və normallaşma prosesinin sürətləndirilməsinə təcili ehtiyac yaratdığını qeyd edib, yekun sülh sazişinin imzalanmasının vacibliyinə diqqət çəkib.

Lord David Evans isə mina partlayışları məsələsinə diqqət çəkib. O, son iki ildə partlayışların əksəriyyətinə minaların səbəb olduğunu deyib və bildirib ki, Azərbaycanda 262 mülki şəxs həlak olub. Lord David Evans qeyd edib ki, itkin düşmüş kimi qeydiyyatda olan 3890 azərbaycanlı var, Ermənistan onlar haqqında hər hansı bir məlumat verməkdən imtina edir.

Debat zamanı Baronessa Udin oktyabrın 6-da Praqada keçirilən son müzakirələri alqışladığını deyib, üçtərəfli atəşkəs sazişindən sonra Ermənistan tərəfinin itkin düşmüş azərbaycanlılarla bağlı məlumatları hələ də vermədiyini vurğulayıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR