• SİYASƏT

    19:43 24 may 2020

Britaniya parlamentinin İcmalar Palatasının üzvü Azərbaycan Prezidentini təbrik edib

Böyük Britaniya parlamentinin İcmalar Palatasının üzvü, Azərbaycanla dostluq qrupunun sədri Bob Bləkmən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və Azərbaycan xalqını 28 May Respublika Günü münasibətilə təbrik edib.

ONA-nın məlumatına görə, təbrik məktubunda qeyd edilib ki, Birləşmiş Krallıqla Azərbaycan arasında münasibətlərin tarixinin 100 il əvvələ - Azərbaycan Xalq Cümhuriyyəti dövrünə gedib çıxmasına baxmayaraq, əlaqələr Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra daha da inkişaf edib və möhkəmlənib.

B. Bləkmən ölkələrimiz arasında münasibətlərin səmimi dostluğa, qarşılıqlı inam və etimada əsaslanan möhkəm təməl üzərində qurulduğunu vurğulayıb: “Əminik ki, Birləşmiş Krallıqla Azərbaycan arasında əlaqələr gələcək illərdə daha da inkişaf edəcək. Ümid edirik ki, Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü tezliklə bərpa edəcək. İcazə verin, həmçinin COVID-19-a qarşı mübarizə apardığı bu çətin vaxtlarda Azərbaycanla həmrəyliyimizi ifadə edək. Zati-aliləri, xahiş edirik Sizə möhkəm cansağlığı, Azərbaycan Respublikasının davamlı inkişafı üçün bütün səylərinizdə böyük uğurlar arzularımızı qəbul edin”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR