• SİYASƏT

    11:54 13 may 2019

Britaniya səfirliyi: Səfər tövsiyəsində cinayət və təhlükəsizliklə bağlı işlədilən ifadələr yenilənməyib

“Biz Britaniya hökumətinin səfər tövsiyəsinə verilən reaksiyadan təəccüblənmişik”.

Bu barədə ONA-ya Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən məlumata verilib.

Bildirilir ki, həmin səfər tövsiyəsində cinayət və təhlükəsizliklə bağlı işlədilən ifadələr yenilənməyib və əvvəlki kimi qalıb: “Səfər tövsiyəsi Britaniya vətəndaşlarının qayğısına qalmaq öhdəliyimizi həyata keçirmək üçün diqqətlə hazırlanmış sənəddir. Bu, danışıqlar predmeti deyil. Biz səfər tövsiyəsini son olaraq mayın 1-də yeniləmişik. Yenilənmə zamanı yalnız İstanbulda yeni hava limanının istifadəyə verilməsi kimi texniki dəyişiklikləri qeyd etmişik. Səfər tövsiyəsində istifadə etdiyimiz dil üslubu diqqətlə seçilmiş, balanslaşdırılmış, ölçülü və faktlara əsaslanmış olur. Məsələn, Dağlıq Qarabağ və işğal olunmuş ərazilərlə bağlı məsələdə səfər tövsiyəsi hər zamana Azərbaycanın beynəlxalq hüquqla tanınmış ərazi bütövlüyü və suverenliyinə hörməti ifadə edir”.

Qeyd edək ki, Britaniya hökuməti mayın 29-da Avropa Liqasının final oyunun Bakıda keçirilməsi ilə əlaqədar ənənəvi səfər tövsiyəsini yeniləyib. Britaniya hökumətinin Dağlıq Qarabağ və işğal olunmuş ətraf rayonlara, 5 km. uzunluqda təmas xəttinə və 5 km. uzunluqda Ermənistanla sərhədə səfər etməmək tövsiyə olunur. Bildirilir ki, Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa səfər edən istənilən şəxsin Azərbaycana daxil olması qadağan olunacaq. Həmçinin tövsiyədə Azərbaycanda terror aktlarının baş verə biləcəyi ehtimalı ilə bağlı da xəbərdarlıq edilir.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR