Fevralın 27-28-də Brüsseldə Avropa İttifaqı – Azərbaycan əməkdaşlıq komissiyasının iclası keçiriləcək.
ONA xəbər verir ki, bu barədə XİN sözcüsü Leyla Abdullayeva bildirib. Onun sözlərinə görə, iclasda Dağlıq Qarabağ münaqişəsi və Aİ ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqların gedişatı, yeni imzalanmış tərəfdaşlıq prioritetlərinin icrası müzakirə ediləcək. Azərbaycanı tədbirdə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edəcək.