Brüsseldə Şərq Tərəfdaşlığı proqramının 10 illiyi ilə bağlı yüksək səviyyəli konfrans keçirilir. ONA-nın məlumatına görə, konfransın açılış mərasimində Aİ –nin genişləndirmə və qonşuluq siyasəti üzrə baş direktoru Kristian Denielson, Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker və Rumıniyanın baş naziri Viorika Dençila çıxış edəcək.
Daha sora konfrans “Vətəndaşla üçün konkret nəticələr əldə etmə yolunda nailiyyətlər və çağırışlar” adlı 1-ci panel iclası ilə davam edəcək. Panel müzakirələrinin açılışında Avropa genişləndirə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han çıxış edəcək. İclasda Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarovun çıxışı nəzərdə tutulub.
Daha sonra “Şərq Tərəfdaşlığının gələcəyi: daha güclü iqtisadiyyat, idarəçilik, bağlılıq və cəmiyyət yolunda” adlı ikinci panel müzakirələri keçiriləcək. Panelin açılışında Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini çıxış edəcək.
Konfransın sonunda yekun bəyanatın qəbulu gözlənilir.