Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının aprelin 7-ə təyin etdiyi mitinqlə bağlı müraciətini cavablandırıb.
ONA-nın məlumatına görə, BŞİH-də müraciətə baxılıb və Milli Şuranın Yasamal rayonu, İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul") mitinq keçirməsinə razılıq verilməyib.
Bununla bağlı təşkilatçılara məlumat çatdırılıb.
Qeyd edək ki, Müsavat Partiyasının aprelin 7-də mitinq keçirmək üçün BŞİH-nə müraciət edib.