Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası keçiriləcək.
APA-nın məlumatına görə, komissiyanın iclası videoformatda qruplar halında keçirilir.
İclasda komissiyaya daxil olan yeni müraciətlərə baxılaraq yekun vurulacaq.
Qeyd edək ki, indiyədək Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasında 1000-dək müraciətə baxılıb. Komissiya baxılan müraciətləri sonuncu iclasdan sonra Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edəcək.
Novruz bayramı münasibətilə əfv sərəncamının imzalanması gözlənilir.