• SİYASƏT

    16:47 1 aprel 2019

Siyasi partiyaların MSK-ya maliyyə hesabatı təqdim etmələri üçün nəzərdə tutulan müddət başa çatır

Bu gün - aprelin 1-də siyasi partiyaların Mərkəzi Seçki Komissiyasına (MSK) 2018-ci il üzrə maliyyə hesabatı təqdim etmələri üçün nəzərdə tutulan müddət başa çatır.

ONA-nın məlumatına görə, bu günə qədər Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçən 55 siyasi partiyadan 26-sı MSK-ya maliyyə hesabatı təqdim edib.

Qeyd edək ki, MSK-ya illik maliyyə hesabatını təqdim edən siyasi partiyalar bunlardır: Yeni Azərbaycan Partiyası, Azərbaycan Xalq Demokratik Partiyası, “Birlik” Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Azərbaycan Liberal Partiyası, Böyük Quruluş Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Respublikaçılar Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Kommunist Partiyası, “Azərbaycan Mübarizləri” Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Azərbaycan Xalq Partiyası, Milli Konqres Partiyası, “Ədalət” Partiyası, “Milli Vəhdət” Partiyası, Böyük Azərbaycan Partiyası, “Qorqud” Partiyası, Demokratik Azərbaycan Dünyası Partiyası, Vahid Azərbaycan Partiyası və Azərbaycan Təkamül Partiyası.

Qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidirlər. Mərkəzi Seçki Komissiyası bu müddətdə illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.

Mirmahmud

Teqlər:

SON XƏBƏRLƏR