• SİYASƏT

    12:40 30 yanvar 2023

Budapeştdə Azərbaycan Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Macarıstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 30-da Budapeşt şəhərinin Layoş Koşut meydanında rəsmi qarşılanma mərasimi olub.

ONA xəbər verir ki, Azərbaycanın və Macarıstanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Macarıstan Prezidenti xanım Katalin Novak Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.

Hərbi orkestrin ifasında Azərbaycanın və Macarıstanın Dövlət himnləri səslənib. Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Katalin Novaka, Macarıstanın dövlət və hökumət nümayəndələri isə Prezident İlham Əliyevə təqdim edilib.

Dövlət başçıları birgə foto çəkdiriblər.

Fəxri qarovul dəstəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Macarıstan Prezidenti Katalin Novakın qarşısından keçib.

Budapeştdə Azərbaycan Prezidentinin rəsmi qarşılanma mərasimi olubBudapeştdə Azərbaycan Prezidentinin rəsmi qarşılanma mərasimi olubBudapeştdə Azərbaycan Prezidentinin rəsmi qarşılanma mərasimi olubBudapeştdə Azərbaycan Prezidentinin rəsmi qarşılanma mərasimi olubBudapeştdə Azərbaycan Prezidentinin rəsmi qarşılanma mərasimi olubBudapeştdə Azərbaycan Prezidentinin rəsmi qarşılanma mərasimi olubBudapeştdə Azərbaycan Prezidentinin rəsmi qarşılanma mərasimi olubBudapeştdə Azərbaycan Prezidentinin rəsmi qarşılanma mərasimi olub

ONA

Teqlər:

SON XƏBƏRLƏR