“Aktiv siyasətimiz türk dünyasında da dəyişikliyi başladıb”.
APA xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O qeyd edib ki, Cənubi Qafqazda Azərbaycana verdikləri dəstəklə 30 ildir davam edən haqsız işğala son qoyulub: “Prezidentlərimizin imzaladığı Şuşa Bəyannaməsi ilə Azərbaycanla əlaqələrimiz müttəfiqliyə yüksəldi. İşğaldan azad edilən torpaqların bərpasını görürük. Hava limanlarının açılması sayəsində bu torpaqların dünya ilə əlaqəsi qurulub”.