• SİYASƏT

    13:39 16 dekabr 2021

Çavuşoğlu: “Azərbaycanın Ermənistana sülh təklifi son dərəcə əhəmiyyətlidir”

“Azərbaycanın Ermənistana hərtərəfli sülh sazişini imzalamağa dair təklifi son dərəcə əhəmiyyətlidir”.

APA-nın xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, Qarabağ zəfərindən sonra Türkiyə və Azərbaycan davamlı şəkildə müsbət mesajlar verir.

“Xüsusilə Azərbaycanın Ermənistana hərtərəfli sülh sazişini imzalamaq təklifi son dərəcə əhəmiyyətlidir. Bu, həm də bizim Azərbaycanla niyyətimizi və baxışımızı göstərir”, - Mövlud Çavuşoğlu bildirib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR