• SİYASƏT

    10:56 12 noyabr 2020

Çavuşoğlu: “Naxçıvan dəhlizindən ilk növbədə Azərbaycan, Türkiyə və digər bölgə ölkələri faydalanacaq”

“Çinin tarixi İpək Yolu və digər layihələri var. Ancaq münaqişənin həlli nəticəsində açılacaq nəqliyyat dəhlizlərindən ilk növbədə bölgə ölkələri faydalanacaq”.

APA-nın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

M. Çavuşoğlu qeyd edib ki, Azərbaycan torpaqları işğaldan azad edilərsə, nəqliyyat dəhlizləri açılarsa, bundan hər kəs faydalanar: “Çindən öncə bu nəqliyyat dəhlizlərindən bölgə ölkələri faydalanacaq. Naxçıvana açılacaq dəhlizdən ilk növbədə Azərbaycan, Türkiyə və digər bölgə ölkələri faydalanacaq”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR