“Türkiyə və Azərbaycan Heydər Əliyevin dediyi kimi “bir millət, iki dövlət”dir. Bizim taleyimiz birdir”.
APA xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu TRT Haberə müsahibəsində deyib.
“Yeri gələndə bir dövlət kimi davranmağı bilirik. Qarabağ zəfərindən sonra Şuşa Bəyannaməsi ilə əlaqələrimiz çox fərqli mərhələyə qədəm qoydu. Artıq tam müttəfiqlik münasibətlərimiz var. Şuşa Bəyannaməsi çərçivəsində atılacaq addımlar bəllidir və biz bunlar üçün çalışırıq. Azərbaycanla “bir millət, iki dövlət” anlayışı ilə bir-birimizi qorumağa, müdafiəyə etməyə davam edəcəyik. İkitərəfli münasibətlərimizi dərinləşdirərək hər sahədə inkişaf etdirəcəyik”, - XİN başçısı vurğulayıb.