Rəsmi Bakı və Qroznıy Rusiya Federasiyası Çeçenistan Respublikasının Azərbaycanda nümayəndəliyinin açılması barədə razılığa gəliblər.
ONA-nın məlumatına görə, bu barədə Çeçenistan prezidenti Ramzan Kadırov özünün “Vkontakte” sosial şəbəkəsindəki səhifəsində yazıb.
O bildirib ki, razılaşma Prezident İlham Əliyevlə Çeçenistan rəhbərinin müşaviri, deputat Adam Delimxanov arasında keçirilən görüşdə əldə olunub.