“Döyüş meydanında əldə etdiyimiz qələbələr bizə siyasi-diplomatik müstəvidə üstünlüklər verməkdədir”.
APA-nın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Xarici İşlər naziri Ceyhun Bayramov bildirib.
C. Bayramov deyib ki, Moskvada imzalanan sənəddə Ermənistan humanitar atəşkəsə məcbur edilib: “Eyni zamanda münaqişənin baza prinsipləri də sənəddə əksini tapıb. Çox qısa müddətdə baza prinsipləri əsasında Ermənistan substansiv danışıqların aparılmasını üzərinə götürüb. Ermənistan bundan əvvəl həmin prinsipləri rədd etmişdi. Son günlər döyüş meydanında olan uğurlar imkan verdi ki, Ermənistan bu şərti qəbul etsin”.