Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfərə yola düşüb.
ONA xəbər verir ki, bu barədə XİN-in Mətbuat Xidməti idarəsi məlumat yayıb.
Səfər çərçivəsində Xarici İşlər nazirinin Gürcüstanın yüksək səviyyəli rəsmiləri ilə görüşləri keçiriləcək.