Bu gün xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb.
Xarici İşlər Nazirliyindən ONA-ya verilən xəbərə görə, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə görüşünün keçirilməsi və ikitərəfli tədbirlərdə iştirakı nəzərdə tutulur.