• SİYASƏT

    18:13 26 yanvar 2021

Ceyhun Bayramov və Çavuşoğlu arasında telefon danışığı olub

Yanvarın 26-da Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə telefon danışığı baş tutub.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatına görə, nazirlər dəniz quldurlarının Türkiyəyə məxsus gəmiyə hücumu nəticəsində öldürülmüş azərbaycanlının nəşinin vətənə gətirilməsi üçün əlaqələndirilmiş şəkildə tədbirlərin görülməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin regional əməkdaşlıq məsələlərini müzakirə ediblər.

ONA

Teqlər:

SON XƏBƏRLƏR